SÜJET
ABŞ Prezidenti Donald Tramp Çinin əlavə gömrük rüsumu tətbiq etmək planına sərt hədə ilə cavab verdi.
"Yurd.media" xəbər verir ki, Donald Tramp “Truth Social” hesabında Pekinə sabaha qədər 34% tarif artımını geri götürməyəcəyi təqdirdə ABŞ-nin Çinə 50% əlavə rüsum tətbiq edəcəyini bəyan edib.
Qeyd edək ki, Çin ötən həftə ABŞ-dan idxal olunan mallara 34 % əlavə gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı. Çinin Ticarət Nazirliyi sözügedən qaydanın aprelin 10-dan etibarən qüvvəyə minəcəyini bəyan etmişdi.
“Çin sabah 8 aprel 2025-ci il tarixinə qədər onsuz da uzun müddətli ticarət sui-istifadələrindən yuxarı olan 34% artımını geri götürməsə, ABŞ aprelin 9-dan etibarən Çinə 50% əlavə rüsumlar tətbiq edəcək. Bundan əlavə Çinlə onların bizimlə tələb olunan görüşləri ilə bağlı bütün danışıqlar dayandırılacaq!”, - Tramp bəyan edib.