SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
ABŞ Hərbi Hava Qüvvələri İrana zərbələr endrib

ABŞ Hərbi Hava Qüvvələri İrana zərbələr endrib

  • 22 iyun 2025, 10:26

ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə zərbələr endrib.

Yurd.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın “Truth” hesabında məlumat verib.

"Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana yüksək uğurlu hücumumuzu başa çatdırdıq. Bütün təyyarələr hazırda İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar", - Tramp yazıb.

Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə hücumundan sonra deyib ki, sülhün vaxtı çatıb.

İranın Atom Enerjisi Təşkilatı da Fordo, Natanz və İsfahandakı nüvə obyektləri hücuma məruz qaldığını təsdiqləyib. Lakin təşkilat ölkənin nüvə obyektlərinə edilən hücumlara baxmayaraq, nüvə enerjisinin inkişafının dayandırılmasının qarşısını almamaq niyyətindədir.

ISNA xəbər agentliyi xəbər verir ki, təşkilatın bəyanatında bildirilir: "Bu səhər tezdən Fordo, Natanz və İsfahandakı nüvə obyektləri İranın düşmənləri tərəfindən vəhşicəsinə hücuma məruz qalıb. Bu, beynəlxalq hüquqa, xüsusən də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir".

ABŞ Hərbi Hava Qüvvələri İslam İnqilabından (1979-cu il) sonra ilk dəfə olaraq İranın daxilindəki hədəflərə zərbələr endirib.

Cimmi Karterdən sonra Prezident Donald Tramp birbaşa olaraq Amerika ordusunu İranla açıq münaqişəyə cəlb edən ilk liderdir.

Bu hücuma cavab kimi İrandan İsrail istiqamətinə 27 ballistik raket zərbəsi endirilib.

İsrail Ordusunun rəsmi məlumatına görə, raket hücumları nəticəsində 11 nəfər xəsarət alıb, onlardan biri orta ağır vəziyyətdədir.

İsrail təhlükəsizlik qüvvələri əhalinin müdafiəsi üçün tədbirləri gücləndirib və əlavə hücumların qarşısını almaq üçün hazırlıqlarını davam etdirir.

Prime Leasing