Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində iştirak edəcək

  • 24 aprel 2025, 16:22

Aprelin 25-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyanın Roma şəhərinə səfər edəcək.

Bu barədə Yurd.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, sədr aprelin 26-da Santa Maria Maggiore bazilikasında keçiriləcək dəfn mərasimində ölkəmizi təmsil edəcək, Roma Papasının son mənzilə yola salınması tədbirlərinə qatılacaq.