SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
İrandakı diplomatlarımız Bakıya qayıdırlar? - Rəsmi AÇIQLAMA

İrandakı diplomatlarımız Bakıya qayıdırlar? - Rəsmi AÇIQLAMA

  • 17 iyun 2025, 10:53

Ötən gün Xarici İşlər Nazirliyi 41 nəfər vətəndaşıımızın İrandan təxliyyə edildiyini açıqlayıb. Təxliyyə edilənlər arasında diplomatların ailə üzvləri də var.

İsraillə İran arasında artan hərbi gərginlik fonunda Azərbayfcanın İrandakı səfirlik və konsulluq işçilərinin, diplomatların da ölkəmizə təxliyyə edilib-edilməyəcəyi müzakirə edilir.

Yurd.Media xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Ayxan Hacızadə bildirib ki, İrandakı Səfirlik və Baş Konsulluğumuz fəaliyyətini davam etdirir.

Prime Leasing