İran İsrailə raket zərbələrinə başlayıb.
Yurd.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Açıqlamada bildirilib ki, İrandan İsrailə doğru atılan raketlər aşkar edilib.
Hücum elanından sonra İsrailin bəzi bölgələrində hava hücumu xəbərdarlığı verilib, sirenlər səsləndirilib.
İsrail İrandan ən azı 125 raket atışı qeydə alıb. Bildirilib ki, buraxılan raketlərdən cəmi 35-i İsrail ərazisinə çatıb.
İranın hava zərbələrindən sonra İsrailin Təl-Əviv şəhərində partlayış səsləri eşidilib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb ki, İsrailə qarşı raket və pilotsuz təyyarə hücumlarının ilk dalğası İrana edilən hücumlara cavab olaraq həyata keçirilib.
İran İsrailə qarşı hücum əməliyyatlarını “Xeybərin Fəthi” adlandırıb.