SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Hindistan - Pakistan müharibəsi BAŞLADI: ölən və yaralıların sayı artır

Hindistan - Pakistan müharibəsi BAŞLADI: ölən və yaralıların sayı artır

  • 07 may 2025, 09:44

Ötən gecə Hindistan Pakistanın beş şəhərə raket hücumları etməsi ilə iki ölkə arasında uzun müddətdir davam edən siyasi gərginlik alovlanıb.

Yurd.Media Hindistan KİV-lərinə istinadən xəbər verir ki, zərbələrə üç qüvvənin - Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin dəqiq silah sistemləri cəlb olunub. Məlumata görə, Pakistanda silahlıların düşərgələrinə zərbələrin endirilməsi üçün koordinatlar kəşfiyyat orqanları tərəfindən verilib.

Pakistan KİV-lərinin məlumatına görə, Hindistan ordusunun Pakistana endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 26 nəfərə, yaralıların sayı isə 46 nəfərə çatıb. Pəncab əyalətində fövqəladə vəziyyət elan edilib.

Pakistan Hərbi Hava Qüvvələri Hindistanın hücumunu dəf edərkən 5 Hindistan qırıcısını vurub.

Həmçinin Pakistan silahlı qüvvələri Hindistandakı hədəflərə cavab zərbələri endirib. Buna cavab olaraq Hindistan Pakistanla sərhəddə bütün hava hücumundan müdafiə qüvvələrini səfərbər edib.

“Daily Pakistan” qəzetinin məlumatına görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.

Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini təsdiqləyib.