SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Green Carda qeydiyyat niyə gecikir? - VİDEO

"Green Card"a qeydiyyat niyə gecikir? - VİDEO

Keçən il oktyabrın əvvəlində başlayan "Green Card" müraciətləri bu dəfə hələ açılmayıb.

Yurd.Media xəbər verir ki, bu il ABŞ-ın "Green Card" lotereyasına qeydiyyat prosesi adət olunan tarixdən gec başlayıb. Adətən hər il oktyabrın əvvəlində aktivləşdirilən qeydiyyat mərhələsi bu dəfə hələ də açılmayıb.

Məsələ ilə bağlı "Green Card" qalibi olaraq ABŞ-a köçən Rəsul Əsədli "Xəzər Xəbər"ə bildirib ki, gecikmənin əsas səbəbi sistemdə aparılan texniki yeniliklərlə əlaqədardır:

“Keçən il qeydiyyat 2 oktyabrda başlamış və 7 noyabra qədər davam etmişdi. Adətən "Green Card" lotereyası bu vaxtlarda start götürür. Amma bu il bir qədər gecikib. Bunun səbəbi sistemdəki bəzi yeniliklərdir. Artıq bu ildən 1 dollarlıq müraciət rüsumu tətbiq olunacaq. Bu çox kiçik bir məbləğ olsa da, texniki baxımdan sistemə əlavə edilməsi müəyyən vaxt tələb edir”.

Əsədlinin sözlərinə görə, ABŞ federal hökumətində baş verən büdcə balanslaşdırılması prosesi də gecikməyə təsir göstərir:

“Federal hökumət oktyabrın əvvəlində büdcə böhranı səbəbindən müvəqqəti olaraq bağlanmışdı. Bu da lotereyanın başlanma vaxtını bir qədər ləngidir. Amma narahat olmağa dəyməz, bu müvəqqəti məsələdir.”

ABŞ Dövlət Departamenti isə rəsmi açıqlamasında bildirib ki, DV-2027 proqramının qeydiyyat dövrünə dair tarixlər qarşıdakı aylarda ictimaiyyətə elan ediləcək.  Açıqlamada qeyd olunur ki, bu proqramda iştirak etmək istəyən şəxslər yaxın aylarda Dövlət Departamentinin rəsmi Diversity Visa səhifəsini  izləməlidirlər.

Prime Leasing
SPE Annual Caspian