SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Elektrik cərəyanını keçirən bakteriya növü tapıldı

Elektrik cərəyanını keçirən bakteriya növü tapıldı

Alimlər ABŞ-nin Oreqon sahillərində palçıqlıqlarda elektrik cərəyanını keçirən yeni bakteriya növü aşkar ediblər.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, "Candidatus Electrotrix Yaqonensis" adlanan bu bakteriya elektrik cərəyanını keçirmə qabiliyyətinə malikdir. Kəşf edənlər - Oreqon Dövlət Universitetindən Cheng Li və professor Clare Reimers bu bakteriyanın elektrik cərəyanını məftil kimi keçirə biləcəyini bildiriblər.

Hüceyrələri uzun saplar əmələ gətirmək üçün bir-birinə bağlanan bakteriyalar, nikellə zəngin keçirici lifləri sayəsində elektronları uzun məsafələrə daşıya bilirlər. Bakteriya, kəşfin edildiyi bölgənin yerli əhalisi olan "Yaqona" icmasının şərəfinə "Candidatus Electrotrix Yaqonensis" adlandırılıb.