SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Azərbaycanlıların olduğu gəmiyə HÜCUM

Azərbaycanlıların olduğu gəmiyə HÜCUM

  • 15 avqust 2026, 23:22

Qara dəniz akvatoriyasında, Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin də daxil olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (dronların) hücumuna məruz qalıb.

Yurd.Media "NOCOMMENT.az"a istinadən xəbər verir ki, Panama bayrağı altında üzən və "Albatros Corporation" şirkətinə məxsus yük gəmisinə PUA ilə zərbə endirilib. Hücum nəticəsində gəmiyə ciddi texniki ziyan dəyib.

Məlumata görə, gəminin 18 nəfərdən ibarət heyətinin 10 nəfəri Azərbaycan, 8 nəfəri isə Türkiyə vətəndaşıdır.

Xoşbəxtlikdən, hücum zamanı ölən və ya xəsarət alan olmayıb. Heyət üzvləri təhlükəsizlik məqsədilə Rumıniyanın Sulina şəhərinə təxliyə ediliblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları