Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfəri edib.
Yurd.Media xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşıladılar.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər..
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Qeyd edək ki, bu abidə Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində ucaldılıb. Müstəqillik abidəsini sülh, azadlıq, xeyirxahlıq və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır. Abidə Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə layihələndirilib.Teleqraf verir ki, Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.