SÜJET
ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evə gəlib.
Yurd.Media xəbər verir ki, hökumət başçısını ABŞ Prezidenti Donald Tramp qarşılayıb.
Sonra D.Trampla N.Paşinyan arasında qapılar arxasında görüşü keçirilib. Görüş 25 dəqiqə davam edib.
Görüşdə İrəvan və Bakı arasında sülh gündəliyi, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Görüşün yekununda Ermənistan və ABŞ arasında bir sıra sənədlər imzalanıb.
Bu gün eyni zamanda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin D.Trampla görüşü olacaq.
Daha sonra isə ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması, regionda sülhün möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.