Çinli alimlər, süni bətni insanabənzər robota inteqrasiya edərək mayalanmadan doğuşa qədər bütün hamiləlik prosesini həyata keçirməyi hədəfləyirlər. İlk prototipin 2026-cı ildə təqdim edilməsi gözlənilir.
Yurd.Media donanımhaber.com-a istinadən xəbər verir ki, çinli alimlər, dünyada ilk dəfə tam hamiləlik prosesini həyata keçirə biləcək bir "insanabənzər robot" üzərində işləyirlər. Süni bətnlə təchiz ediləcək olan bu robotun, mayalanmadan doğuşa qədər bütün mərhələləri simulyasiya etməsi hədəflənir. İlk prototipin isə qarşıdakı il təqdim edilməsi planlaşdırılır.
Nanyang Texnologiya Universitetindən Dr. Zhang Qifengə görə bu sistem, klassik inkubatordan çox fərqlidir. Robotun qarın boşluğunda amniotik maye ilə dolu süni bətn və digər süni orqanlar, mayalanmadan doğuşa qədər bütün hamiləlik prosesini tam şəkildə simulyasiya edə bilir. Embriyon bu mühitdə inkişaf edərkən qida ehtiyacını xüsusi bir boru vasitəsilə qarşılayır. Dr. Zhang mövzu ilə bağlı etdiyi açıqlamada: "Texnologiya yetkinləşmə mərhələsindədir, indi hədəfimiz insan-robot qarşılıqlı əlaqəsini təmin edəcək şəkildə bütün prosesi robotun içində həyata keçirməkdir",-ifadələrini işlətdi.
Çində sonsuzluq nisbəti artır, innovativ həllər gündəmdədir. Oxşar bir metod 2017-ci ildə heyvanlarda sınaqdan keçirilib. Nature Communications jurnalında dərc olunan bir araşdırmada, erkən doğulmuş bir quzu embriyonu "biotorba" adı verilən süni amniotik maye dolu sistemdə dörd həftə boyunca inkişafını davam etdirmiş və tükləri çıxmağa başlamışdı. Lakin bu sistem yalnız mövcud embriyonu böyütməyə yarayırdı. Çindəki yeni təşəbbüsün fərqi isə, mayalanmadan doğuşa qədər tam bir hamiləlik dövrünü insana bənzər bir robotun içində mümkün etməyi hədəfləməsidir.
Çində sonsuzluq nisbətlərinin artması, bu cür layihələri gündəmə gətirir. Lancet jurnalında dərc olunan hesabata görə, ölkədəki sonsuzluq nisbəti 2007-ci ildə 11,9% ikən 2020-ci ildə 18%-ə çatdı. Bu səbəbdən Pekin və Şanxay kimi böyük şəhərlərdə süni mayalanma xidmətləri dövlət sağlamlıq sığortası əhatəsinə alındı.
İlk prototipin bir il içində təqdim edilməsi gözlənilirkən, çinli səlahiyyətlilər artıq etik və hüquqi ölçüləri müzakirəyə açdılar. Layihənin gələcəyi, yalnız elmi deyil, ictimai və hüquqi baxımdan da intensiv müzakirələrə səbəb olacaq kimi görünür. Hamiləlik robotunun kommersiya versiyonunun isə təxminən 14 min dollar qiymətlə satışa təqdim edilməsi gözlənilir.