SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bloger Hüseyn Həsənov axtarışa verilməsindən DANIŞDI - YENİLƏNİB

Bloger Hüseyn Həsənov axtarışa verilməsindən DANIŞDI - YENİLƏNİB

  • 14 may 2025, 22:09

Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilməsi və qiyabi həbs qərarı ilə bağlı şərh verib.

Yurd.Media xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində yazıb:

"Bəli, "qiyabi həbs" sözü qorxuducu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Bütün vergi məsələləri ötən il həll edilib. Hüquqşünaslarım bu vəziyyətlə məşğuldurlar", - bloger bildirib.

Xatırladaq ki, Rusiyada Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Blogeri 7 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.

20:14

Rusiyada məşhurlaşan və milyondan çox izləyicisi olan azərbaycanlı bloger Hüseyn Həsənov xüsusilə böyük miqdarda pul leqallaşdırılması ilə bağlı cinayət işinə görə axtarışa verilib.

Yurd.Media xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.

Bildirilib ki, onun barəsində qiyabi həbs qərarı çıxarılıb. Bloger 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.

Məlumata görə, Hüseyn 2024-cü ildən Rusiyada yaşamır - bəzi mənbələr onun Azərbaycana köçdüyünü bildirir.