SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycan terrorizmlə mübarizə ilə bağlı konfransda təmsil olunacaq

Azərbaycan terrorizmlə mübarizə ilə bağlı konfransda təmsil olunacaq

Milli Məclisin deputatı Ceyhun Məmmədov Tükiyədə BMT-nin Terrorla Mübarizə İdarəsinin təşkilatçılığı ilə keçiriləcək “Terrorizmə qarşı mübarizə və zorakı ekstremizmin qarşısının alınması” mövzusunda beynəlxalq konfransda Azərbaycanı təmsil edəcək.

Deputat Yurd.Media-ya bildirib ki, o tədbirdə  İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının nümayəndə heyətinin üzvi kimi iştirak edəcək:

"Bir sıra dövlətlərin qanunverici orqanlarının təmsil olunduğu bu beynəlxalq platformada Azərbaycanın da aktiv şəkildə yer alması qürurverici haldır. Bu, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq nüfuzunun artmasının, dövlətimizə olan etibar və marağın yüksəlməsinin bariz göstəricisidir".

O qeyd edib ki, konfransda terror və ekstremist qüvvələrə qarşı Azərbaycanın effektiv mübarizə üsullarından danışacaq:

"Məlumdur ki, son illər ölkəmizdə bu sahədə qanunvericilik bazası daha da təkmilləşdirilib. Terrora və ekstremizmə qarşı həm ölkəmizdə həm də dünyada aparılan mübarizədə dövlətimiz peşəkar strategiya nümunəsi göstərib".

MM üzvü bildirib ki, səfərdə müxtəlif ölkələrin parlament nümayəndələri ilə fikir mübadiləsi aparacaq.

İstanbulda baş tutacaq konfrans 9 oktyabr tarixinə qədər davam edəcək.

Prime Leasing
SPE Annual Caspian