SÜJET
Fransa, Polşa, Böyük Britaniya və Almaniya liderləri bu gün səhər saatlarında Kiyevə gəliblər.
Yurd.Media xəbər verir ki, Polşa Baş naziri Donald Tusku dəmir yolu vağzalında Ukrayna xarici işlər naziri Andrey Sibiqa və Prezident Aparatının rəhbəri Andrey Yermak qarşılayıb.
Tuskun ardınca paytaxta Almaniyanın yeni Kansleri Fridrix Merts, Böyük Britaniya Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron qatarla birlikdə gəliblər.
Avropalı liderlər Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Kiyevdə müharibədə həlak olmuş ukraynalı döyüşçülərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar, qurbanlarının xatirəsini yad ediblər.