SÜJET
11-12 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyində TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclası keçiriləcək.
Yurd.Media xəbər verir ki, 14-cü plenar iclasda üzv və müşahidəçi dövlətlərin parlament nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, türk əməkdaşlıq təşkilatlarının və digər tərəfdaş qurumların nümayəndələrinin iştirakı gözlənilir.
14-cü plenar iclas çərçivəsində, həmçinin Assambleya Şurasının, Qadın Parlamentarilər Qrupunun, Gənc Parlamentarilər Qrupunun və TÜRKPA üzv parlamentlərinin baş katiblərinin iclasları keçiriləcəkdir.