SÜJET
Sosial mediada rus bölməsi üzrə universitetlərə qəbul prosesinin dayandırılacağı ilə bağlı məlumatlar yayılıb. Həmin iddialar doğrudurmu?
“Bu, doğru xəbər deyil. DİM-ilə dəqiqləşdirilmədən belə məlumatlar paylaşılıb. DİM tərəfindən bu xəbər təkzib də olunub”.
Bunu DİM-in mətbuatla iş sektorunun rəhbəri Xanlar Xanlarzadə İtv-yə açıqlamasında söyləyib. O, rus dilində nəşr olunacaq “Abituriyent -4” jurnalı jaqqında da bəhs edib:
“Abituriyent - 4” jurnalı həm Azərbaycan, həm də rus dilində nəşr olunur. Bu səbəbdən yayılan informasiyalar təmamilə yanlışdır”.