SÜJET
Bu gün keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə yol verilib.
Bu barədə Yurd.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, müvafiq sual üzrə şagirdlərin xeyrinə qərar qəbul ediləcək. Həmin sual düzgün cavablandırılmış kimi qeyd ediləcək.