SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Nazirdən internat məktəbləri ilə bağlı TAPŞIRIQ

Nazirdən internat məktəbləri ilə bağlı TAPŞIRIQ

  • 23 aprel 2026, 19:18
Bakı

Elm və təhsil naziri Emin Əmrullayev internat məktəblərində tətbiq olunan xüsusi təhsil proqramlarının təkmilləşdirilməsi, fərdi yanaşmanın gücləndirilməsini tapşırıb.

Yurd.Media xəbər verir ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən internat məktəblərinin direktorları ilə görüş zamanı internat məktəblərində təhsil alan valideyn himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə prosesi, onların sosial müdafiəsi, psixoloji dəstək mexanizmləri və cəmiyyətə inteqrasiyası məsələləri geniş müzakirə olunub.

Nazir çıxışında qeyd edib ki, həssas kateqoriyadan olan uşaqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan internat məktəblərində tətbiq olunan xüsusi təhsil proqramlarının təkmilləşdirilməsi, fərdi yanaşmanın gücləndirilməsi və müasir tədris metodlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Görüşdə həmçinin mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb, internat məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müəllim heyətinin peşəkar inkişafı, eləcə də təhsilalanların sosial rifahının yüksəldilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.

Direktorlar tərəfindən səsləndirilən təkliflər dinlənilib, prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları