Dərsə davamiyyət sadəcə məktəbin daxili qaydası deyil, həm də şagirdin təhsil hüququnun təmin olunmasının əsas şərtlərindən biridir.
Yurd.Media "İctimai TV"yə istinadən xəbər verir ki, şagirdlər bir ay ərzində üzrlü səbəblər olmadan 7 gündən çox dərsdən qala bilməz.
Qanuna əsasən, belə olan halda icbari ümumi təhsil üzrə şagirdin valideynləri və ya onu əvəz edən şəxslər 100 manat cərimə oluna bilər.