SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbi və Autizm Mərkəzində - FOTO

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə xüsusi ümumtəhsil məktəbi və Autizm Mərkəzində - FOTO

  • 08 fevral 2026, 23:47
Gəncə

Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar.

Yurd.Media xəbər verir ki, onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar.

Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub.

Təhsil müəssisəsi informatika və texnologiya, loqopediya otaqları, ekoloji sinif, tibb kabineti, kitabxana, idman zalı və digər zəruri infrastrukturla təmin edilib.

Sonda Leyla Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.

Leyla Əliyeva və Alena Əliyeva həmçinin Gəncə Autizm Mərkəzi ilə tanış olublar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Autizm Mərkəzi Gəncə ilə yanaşı, ətraf regionlardan - Şəmkir, Daşkəsən, Tovuz, Samux və digər rayonlardan müraciət edən ailələrə və onların övladlarına dəstək göstərir.

Bildirilib ki, burada həyata keçirilən proqramlar uşaqların cəmiyyətə və ailəyə inteqrasiyasında, eləcə də onların aktiv rol almasına töhfə verir. Mərkəz vasitəsilə regionda reabilitasiya ilə yanaşı, autizm, neyromüxtəliflik və inklüzivlik mövzularında maarifləndirmə kampaniyaları həyata keçirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları