İmişlidə bir məktəbin 23 şagirdi imtahanda 200-dən çox bal toplayıb

İmişlidə bir məktəbin 23 şagirdi imtahanda 200-dən çox bal toplayıb

  • 21 aprel 2025, 11:29
İmişli

İmişli şəhəri Nəriman Nərimanov adına 1 nömrəli məktəb-liseyin şagirdləri buraxılış imtahanında yüksək nəticələrə nail olublar.

Yurd.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanlarında bu məktəbin şagirdlərindən 23 nəfəri 200-dən çox bal toplayıb. Şagirdlərdən 15 nəfəri isə məktəbin 11t sinifinin şagirdləridir.

Şagirdlər arasında ən yüksək nəticəni İsmayılov Fərid Zaur oğlu əldə edib və buraxılış imtahanında 295.8 bal toplayıb.