SÜJET
Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Fərman Mustafayev ata yurdunda uzun illərdir yaşadığını, lakin həyətindəki torpaq sahəsinin ölçülməsi zamanı koordinatların düzgün təyin olunmadığını bildirir.
Yurd.Media xəbər verir ki, bu səbəbdən köhnə sənədlərlə elektron sistem arasında uyğunsuzluq yaranıb.
Sakin "İctimai TV"yə bildirib ki, torpağın texniki pasportunun olmaması əmlakla bağlı hüquqi problemlər yaradıb.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, Fərman Mustafayev və ailə üzvlərinə məxsus fərdi yaşayış evinin yerləşdiyi 10 sot torpaq sahəsi üzrə ərazi idarəsinə müraciət edərək mülkiyyət hüququnu rəsmiləşdirə bilərlər.
Lakin əlavə 25 sot torpaq sahəsi barədə sistemdə və arxiv sənədlərində heç bir məlumat yer almır.