SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Xırdalandakı binada təhlükə siqnalı – dayaqlar ovulur, armaturlar üzə çıxır - VİDEO

Xırdalandakı binada təhlükə siqnalı – dayaqlar ovulur, armaturlar üzə çıxır - VİDEO

Abşeron

Xırdalanda çoxmərtəbəli binanın dayaqları ovulub tökülür.

Yurd.Media xəbər verir ki, hadisə ustalardan biri tərəfindən lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb. İş prosesi zamanı ustalar betonun ovulub tökülməsini və hətta armaturların üzə çıxmasını göstərərək, vətəndaşları mənzil alarkən diqqətli olmağa çağırıblar.

Sakinlər “ATV Xəbər”ə bildiriblər ki, Xırdalan şəhərində yerləşən bina 2015-ci ildə inşa olunub. Binanın sahibi isə dələduzluq əməllərinə görə həbs olunub. Hazırda isə binaya konkret olaraq nəzarət edən şəxs yoxdur.

Yayılan görüntülərlə bağlı inşaat mütəxəssisləri bildiriblər ki, tikinti prosesi zamanı normativ qaydalar kobud şəkildə pozulub. Keyfiyyətsiz beton, tərkibində sementin azlığı və betonun hazırlanmasında dəniz qumundan istifadə binanın dayanıqlılığına ciddi problem yarada bilər.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda mütəxəssislər tərəfindən araşdırma aparılır və ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.

Prime Leasing