Bakının Xətai rayonu, Babək prospekti 8 ünvanında yerləşən və 1998-ci ildə inşa edilən binanın sakinləri tikinti şirkətindən şikayətçidirlər.
Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, 19 mərtəbəli biananın sakinlər deyirlər ki, onlara illər əvvəl həmin ərazidə yeni inşa olunan binaya köçürüləcəkləri vədi verilib.
"Camaat 2014-cü ildən gözləyir ki, tikilən yeni binadan onlara ev veriləcək. Köhnə binadakı evlər təmirsiz, kommunikasiya xətləri bərbad haldadır, lift köhnəlib. Yaşamaq mümkün deyil", - deyə sakin narazılıq bildirib.
"10 ildir deyirlər ki, sizi yeni binaya köçürəcəyik. Bizə həqiqətən də ev verəcəklərsə, gözləyək. Əks halda, öz işimizi bilək", - başqa bir sakin deyib.
Ətraflı süjetdə: