SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Tarif Şurası Azərbaycanda istilik tariflərini artırdı

Tarif Şurası Azərbaycanda istilik tariflərini artırdı

  • 30 iyul 2025, 14:43

“Azəristiliktəchizat” ASC-nin müraciəti nəzərə alınaraq Tarif (qiymət) Şurasının 2024-cü il 29 dekabr tarixli 17 nömrəli Qərarının birinci hissəsində “14,60” rəqəmləri “21,00” rəqəmləri ilə, “0,30” rəqəmləri “0,45” rəqəmləri ilə əvəz edilib.

Yurd.Media xəbər verir ki, bu qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”nda nəzərdə tutulmuş “İstilik və isti su təchizatı xidmətlərinə dair müqavilə”yə (əhali qrupuna aid olan istehlakçılar) əlavə ilə müəyyən edilmiş dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq ediləcək.

Qərarı Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov imzalayıb.

Prime Leasing