SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Sumqayıtda sahibsiz itlər sakinlərə təhlükə yaradır

Sumqayıtda sahibsiz itlər sakinlərə təhlükə yaradır

  • 01 may 2025, 00:07
Sumqayıt

Son dövrlərdə Sumqayıt şəhərində sahibsiz küçə itlərinin sayının sürətlə artması ciddi narahatlıq doğurur. Xüsusilə 27 nömrəli məktəbin yaxınlığında vəziyyət olduqca ciddidir.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, küçələrdə sürü halında gəzən itlər təkcə azyaşlı uşaqlar üçün deyil, həm də övladlarını məktəbə aparan valideynlər üçün də təhlükə yaradır.

Çoxsaylı şikayətlərə baxmayaraq, problemin həlli istiqamətində konkret addımlar atılmaması, vəziyyəti daha da çətinləşdirir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, davamlı olaraq sahibsiz itlərin toplanaraq uyğun sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir.

Eyni zamanda sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlara bu işlərin daha da intensivləşdirilməsi üçün tapşırıq verilib.

Ətraflı süjetdə:

Prime Leasing