Sumqayıtda qaz təchizatında fasilə yaranacaq.
Yurd.Media Sumqayıt Qaz İstismar Sahəsinə istinadən xəbər verir ki, avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə əlaqədar olaraq qaz verilişində fasilə yaranacaq.
Belə ki, saat 10:00-dan işlər başa çatana qədər 3 500 abonentin qaz təchizatı dayandırılacaq.