Bakıda sənətkarların yurdu hesab edilən Kubinka sökülmək üzrədir.
Yurd.Media xəbər verir ki, ərazidə aparılan söküntü işləri qalayçılıq sənətinin gələcəyi üçün təhlükə hesab edilir.
"AzTV Xəbər"- ə danışan qalayçı Zahid Eyvazov qalayçılar məhləsinin əhəmiyyətini vurğulayıb:
"Əlbəttə bura sökülür, bizə çox təsir edir. Artıq hara gedəcəyimiz bilmirik. Müştərilər belə narahatdır".
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən verilən məlumata görə, ərazinin sökülməsi ilə bağlı hər hansı məlumata sahib deyillər.
Ərazinin yerləşdiyi Nəsimi Rayon İcra Hakimiyyətindən "Kubinka" kimi tanınan yaşayış məhləsində yaşı 100-dən çox, istismar müddətini başa vurmuş tikililər olduğu bildirilib.
Qalayçılıqla məşğul olan şəxslərin yeni məkanlarında fəaliyyət göstərməsi üçün heç bir problemin olmadığı deyilib.
Qeyd edək ki, bu sənətlə məşğul olan şəxslər təkcə bir məkana bağlı deyillər, lazımi zamanda onları tapmaq mümkündür.