Yardım çağırışlarını diqqətlə araşdırın: Saxtakarlar iş başındadır

Yardım çağırışlarını diqqətlə araşdırın: Saxtakarlar iş başındadır

Dələduzlar saxta yardım kampaniyası aparır.

Belə ki, valideyn övladının xəstəliyini ictimailəşdirib kömək istədikdən sonra, uşaq sağalıb və video silinib. Lakin dələduzlar həmin görüntünü yenidən paylaşaraq saxta kampaniya qurublar.

Yurd.Media "ATV"yə istinadən xəbər verir ki, vətəndaş banklara müraciət etsə də, vəziyyət dəyişməyib. Kartlar bloklansa belə, dələduzlar yeni hesablarla fəaliyyətlərini davam etdirirlər.

Vətəndaşlara bu cür səhifələri şikayət edib bloklamaq tövsiyə olunur.