SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Şamaxının Çarhan kənd sakinlərindən uşaq baxçası və tibb məntəqəsinin təmiri ilə bağlı MÜRACİƏT

Şamaxının Çarhan kənd sakinlərindən uşaq baxçası və tibb məntəqəsinin təmiri ilə bağlı MÜRACİƏT

  • 19 fevral 2026, 23:28
Şamaxı

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayonun Çarhan kənd sakinləri ilə səyyar qəbul keçirib. 

Yurd.Media xəbər verir ki, səyyar qəbulda Şamaxının təhsil, səhiyyə, mədəniyyət sahələrinin, xidmət təşkilatlarının rəhbər işçiləri və Çarhan kənd sakinləri iştirak ediblər.  

Tahir Məmmədov çıxışında son illər respublikada respublikada, o cümlədən rayonda aparılan quruculuq abadlıq işlərindən, kənd və qəsəbələrdə infrastruktur layihələrin icra olunması ilə bağlı nəzərdə tutulmuş tədbirlərdən geniş söhbət açıb. 

Qəbul zamanı Çarhan kənd sakinləri tərəfindən əsasən kənd körpələr evi - uşaq baxçasının və tibb məntəqəsinin təmiri ilə bağlı müraciətlər səslənib.

Sakinləri narahat edən digər suallar ətrafında müzakirələr aparılıb, qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları