SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Sabah Hacıqabul şəhərinin bir hissəsində qaz kəsiləcək

Sabah Hacıqabul şəhərinin bir hissəsində qaz kəsiləcək

  • 17 iyul 2025, 17:39
Hacıqabul

Sabah ​Hacıqabul şəhərinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyindən Yurd.Media-ya verilən məlumata görə, Hacıqabul şəhər mərkəzini təbii qazla təmin edən diametri 315 mm PE orta təzyiqli “Şəhər dairəvi” yeraltı daşıyıcı qaz kəmərinin 2-ci hissəsində kipliyin sınağı məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul şəhərinin bir hissəsində (ümumi 801 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.

Prime Leasing