SÜJET
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi xəbərdarlıq edib ki, mayın 20-də bir neçə ərazidə qaz təchizatında fasilə yaranacaq.
Yurd.Media xəbər verir ki, “Ələt-Astara” dəmir yol xəttinin “Ələt–Osmanlı” hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri və Bayramlı qəsəbəsinin M.Ə.Sabir və H.Cavid küçələrini təbii qazla təmin edən 108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək. Bu səbəbdən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Bayramlı qəsəbəsinin adıçəkilən küçələrində (ümumilikdə 522 abonent) qaz verilişi dayandırılacaq.
Eyni zamanda, Hacıqabul rayonunun Navahi qəsəbəsini qazla təmin edən 250 mm-lik orta təzyiqli yeraltı qaz xəttində kipliyin sınağı aparılacaq. Bu səbəbdən Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində (1 231 abonent) qaz təchizatı müvəqqəti olaraq kəsiləcək.
Bundan əlavə, Sabunçu və Suraxanı rayonlarında mövcud qaz xətlərində aparılacaq təmir-bərpa və quraşdırma işləri ilə bağlı 20 may saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq. Sabunçu rayonunun Nizami küçəsi, Ləhiş bağları, Maştağa qəsəbəsi, eləcə də Suraxanı rayonunun Hövsan qəsəbəsində bir sıra küçələr və ərazilər – O.Şabanov, E.Qasımov, R.Abdullayev, F.Bayramov, H.Quliyev, E.Məmmədov, İ.Əhlimanov, Dənizkənarı, Məktəbli, Bağça, İ.Məmmədov, Ş.Ziyadov, S.Qılmanov küçələri, Zeytun sovxozu, Quşçuluq, Sahil döngələri və Bağlar massivində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.