SÜJET

Qeyri-sabit hava Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Saatlıda alman memarların tikdiyi torpaq muzeyi qəzalı vəziyyətdədir

Saatlıda alman memarların tikdiyi torpaq muzeyi qəzalı vəziyyətdədir

Saatlı

Saatlıda torpaq muzeyi qəzalı vəziyyətdədir. 1915-ci ildə tikilən bina Cavad xanın nəslindən olan Cəfər xanın mülkü olub. Hazırda 3 ailə 10 ilə yaxındır burada yaşayır.

Yurd.Media xəbər verir ki, muzey alman memarları tərəfindən tikilib və dövrünün məşhur tikililərindən sayılır. Muğan torpaqlarının şoranlaşmasından sonra elmi-təcrübələrə görə Cəfər xan öz evini təcrübə-sınaq stansiyasına çevirir, 1925-ci ildə torpaq muzeyi yaradılır.

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova "İTV"yə bildirib ki, ilk dəfə torpaqların duzlardan təmizlənməsi haqqında elmi əsaslı təcrübə işləri burada aparılıb. 1943-cü ildə baş verən Stalinqrad döyüşündə məğlub olan alman ordusunun əsirlərinin bura gətirilərək saxlanılması ilə muzeyində fəaliyyəti dayandırılıb.

Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətindən bildirilib ki, sözügedən bina daşınmaz, tarixi mədəniyyət abidələrinin siyahısına daxil deyil. Amma siyahıya daxil edilməsi üçün qeydiyyata alınıb. Tarixi tikilinin bərpası isə qanunvericiliyə uyğun olaraq mülkiyyətçi və ya balans saxlayıcı tərəfindən həyata keçirilməlidir.

Mülkiyyətçi tərəf yəni Su və Meliorasiya elmi tədqiqat institunun Muğan meliorasiya təcrübə-tədqiqat stansiyasından qeyd olunub ki, sözügedən bina onların balansındadır və işlər plan əsasında aparılır. Gələcəkdə vəsait ayrılanda bu məsələyə də baxılacaq.