Qala qəsəbəsində 2000-ə yaxın sakin içməyə su tapmır.
Yurd.Media “ATV”-yə istinadən xəbər verir ki, sakinlərdən pulu olan su alır, olmayan isə duzlu quyu suyundan istifadə edir. Müraciət etsələr də problemə baxan olmayıb.
Durumdan şikayətçi olan sakinlər ay ərzində 70-80 manat suya pul sərf etdiklərini bildiriblər. Bunun isə ailə büdcələrinə mənfi təsir etdiklərini, suyun çəkildiyi təqdirdə isə problemin aradan qalxacağını bildiriblər.
Vətəndaşlar məcburiyyətdən məişət işlərində yağış suyundan istifadə edirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə qeyd olunan ünvanda quruma məxsus mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Təchizat sistemi olmayan ərazilərdə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır.