SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qadınların Azərbaycanın tarixindəki rolu Yevlaxda müzakirə olunub

Qadınların Azərbaycanın tarixindəki rolu Yevlaxda müzakirə olunub

Yevlax

Yevlaxda “Azərbaycan qadınının tariximizdə rolu” adlı tədbir keçirilib.

Yurd Media xəbər verir ki, tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi  məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirib ki, tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərmişdir:

"Əfsanəvi cəngavər qadınlarımız həmişə ərənlərimizlə birgə hünər göstəriblər. İradəli, əqidəli analarımız Vətənin dar günündə ömür-gün yoldaşlarına arxa durub, sipər olublar. Onlar çətin anlarda kişi paltarı geyinib, qeyrət libasına bürünüblər. Həyat yoldaşlarına yürüş məqamında at minib, silaha sarılıblar".

O bildirib ki, qadınlarımız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, ərazi bütövlüyünün qorunmasında, hüquqi demokratik dövlət quruculuğunda, iqtisadi yüksəlişin təmin edilməsində misilsiz xidmətlər göstərirlər.

Vurğulanıb ki, bu gün Azərbaycan qadını yeni bir cəmiyyətin fəal qurucusudur:

"İdarəedici və qanunverici orqanların rəhbərliyində, parlamentin deputatları arasında, xarici siyasətdə zərif cinsin nümayəndələrinin təmsil olunması ölkəmizdə qadınların idarəedici qüvvə olduqlarını sübut edir. Azərbaycan qadını haqqında fikir və mülahizələr Mehriban Əliyevanın şəxsiyyəti və fəaliyyəti əsasında formalaşır. Xalqımızın mədəniyyətinin, musiqisinin, incəsənətinin, ədəbiyyatının, tarixinin dünyada tanınmasında, dövlətimizin beynəlxalq aləmdə təmsil olunmasında, ölkə daxilində mədəniyyətin, təhsilin, elmin inkişafında Mehriban xanım Əliyevanın rolu danılmazdır. Mehriban xanım ölkəmizi dünya miqyasında şərəf və ləyaqətlə təmsil edir".

Tədbirdə Daha sonra, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Hüseynova, Yevlax rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Pərviz Hüseynov, Yevlax rayon Ağsaqqalar şurasının üzvləri Hümbət Əhmədov və Vahid Quliyev öz çıxışlarında bildiriblər ki, tarixin bütün dövrlərində Azərbaycan qadını Vətənimizin müdafiəsində yaxından iştirak etmiş, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstəriblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları