SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Piyadaların kabusuna çevrilən yol: Keşlə məscidinin qarşısındakı ərazidə PROBLEM

Piyadaların kabusuna çevrilən yol: Keşlə məscidinin qarşısındakı ərazidə PROBLEM

  • 02 iyun 2025, 00:13

"Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Yurd.Media Baku TV-yə istinadən xəbər verir ki, bu dəfə Keşlə məscidinin qarşısındakı ərazidə mövcud olan problemə diqqət yetirilib.

Bildirilib ki, sözügedən ərazi Heydər Əliyev və Babək prospektlərini birləşdirən əsas yollardan biridir:

"Mirzə Ələkbər Sabir küçəsində iki əks istiqamətdə hərəkət etmək çox çətindir. Xüsusilə də iriqabaritli avtobus və yük avtomobilləri bu yola daxil olduqda. Bu ərazidən keçid zamanı avtomobillər tez-tez bir-birinə toxunur ki, bu da maddi zərərlə nəticələnir. Ümumilikdə ərazidəki sıxlıq günün istənilən saatında davam edir".

Piyadaların vəziyyəti isə daha acınacaqlıdır, ərazidə səki demək olar ki, yoxdur:

"Yəni bura piyadaların təhlükəsizliyi nəzərə alınmadan salınmış küçələrdəndir. Hərəkətin intensivliyini nəzərə alaraq ya bu yol birtərəfli olmalı, ya da genişləndirilməlidir"

Ətraflı süjetdə:

Prime Leasing