Papanın vəfatı ilə bağlı Bakıdakı kilsədə başsağlığı kitabı açılıb

Papanın vəfatı ilə bağlı Bakıdakı kilsədə başsağlığı kitabı açılıb

  • 22 aprel 2025, 11:40
Bakı

Roma Papası Fransiskin vəfatı ilə əlaqədar Bakı şəhəri Müqəddəs Məryəm katolik kilsəsində başsağlığı kitabı açılıb.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturasının mətbuat katibi Toral Ağayev məlumat yayıb.

O qeyd edib ki, başsağlığı kitabına yazı yazmaq aprelin 22-dən 26-a qədər (26-ı daxil olmaqla) saat 10:00-dan 12:00-dək və 15:00-dan 18:00-dək mümkündür.

Xatırladaq ki, Roma Papası Fransiskin ötən gün 89 yaşında vəfat edib.