SÜJET

Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi
Oğuzun 23 kəndində qaz olmayacaq - SƏBƏB

Oğuzun 23 kəndində qaz olmayacaq - SƏBƏB

  • 06 may 2025, 21:16
Oğuz

Oğuzun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yaqublu QPS qolu qaz kəməri"nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar 07.05.2025-ci il tarixdə saat 10:00-dan etibarən "Oğuz (Yaqublu)" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.