SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt
Naxçıvan şəhərinin bir çox məhəllələrində qaz kəsiləcək - YENİLƏNİB

Naxçıvan şəhərinin bir çox məhəllələrində qaz kəsiləcək - YENİLƏNİB

  • 20 may 2025, 21:53
Naxçıvan

Naxçıvan şəhərinin bir çox məhəllələrində və küçələrində qaz təchizatında fasilə yaranacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.

Bildirilib ki, Qoçüstü məhəlləsi və Cahan Gənclər şəhərciyini təbii qazla qidalandıran quyunun təmir edilməsi və çölə çıxarılması ilə əlaqədar qaz təchizatı Naxçıvan şəhər Əziz Əliyev küçəsi, Cahan Gənclər şəhərciyi, Xətai məhəlləsi, 11, 20, 21-ci məhəllələr, Qoçüstü, Çənlibel məhəllələri, 57 Bazar, Sabir küçəsinin bir hissəsi, Nazim Hikmət küçəsi, Su 6 qəsəbəsi, 48, 49-cu məhəllələr- Cahan Gənclər şəhərciyində 21.05.2025 tarixdə saat 14:00 dan saat 17:00 dək müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.


14:46

Naxçıvan şəhərinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Yurd.Media xəbər verir ki, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar Naxçıvan şəhərinin Əliabad qəsəbəsində mayın 20-də saat 14:20-dən qaz təchizatında fasilə yaranıb.

Fasilənin iki saat çəkəcəyi bildirilir.