SÜJET

Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi
Müharibə əlilləri və şəhid ailələrinin yaşadığı binanın problemləri bitmək bilmir - VİDEO

Müharibə əlilləri və şəhid ailələrinin yaşadığı binanın problemləri bitmək bilmir - VİDEO

Bakı

Zabratda 9 mərtəbəli binada sakinlər problemlərlə mübarizə aparırlar. Sabunçu rayonu Zabrat qəsəbəsi Ruslan Göyüşov küçəsindəki binada liftlərin işləmir, işıqlandırma sistemi yoxdur və tullantı suları zirzəmiyə yığılır.

Yurd.media xəbər verir ki, 81 mənzilli bina Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilib istifadəyə verilib.

"Xəzər TV"yə şikayət edən sakinlər bildirirlər ki, üfunət iyindən yaşamaq mümkün deyil.

Sabunçu rayon 73 saylı Mənzil İstismar İdarəsindən bildirildi ki, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsindəki həmin yaşayış binası 2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bataqlıq ərazidə inşa edilib. İstismara verildiyi gündən binanın zirzəmisində qrunt suları mövcuddur. Bina mövcud vəziyyətdə 2014-cü ildən 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansına verilib. Problemin həlli ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə birgə ərazidən qurunt sularını kənarlaşdırmaq məqsədilə su nasosu yerləşdirilib. Hazırda da həmin nasos vasitəsilə su ərazidən kənarlaşdırılır. Liftlərin yenidən bərpası üçün də zirzəmidəki tullantı sularının səviyyəsini endirmək məqsədilə əraziyə iki nasosun gətirilməsi planlaşdırılır.