SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Metronun çıxışında yenə səkilər söküldü, gediş-gəliş çətinləşdi - VİDEO

Metronun çıxışında yenə səkilər söküldü, gediş-gəliş çətinləşdi - VİDEO

Bakı

Xətai rayonu Həzi Aslanov metrostansiyasının çıxışındakı səkilərin bərbad günə salınması gediş-gəlişi çətinləşdirir.

Yurd.Media xəbər verir ki, bir müddət əvvəl səkidə qazıntı işləri aparılıb və tamet daşları çıxarılaraq kənara yığılıb. Nəticədə ərazidən mütəmadi olaraq istifadə edən sakinlərin gediş-gəlişi çətinləşib. 

Sakinlərin sözlərinə görə, ərazi toz-torpaqdan keçilməz olub. 

Təhlükəsizlik üzrə ekspert Samir Nəbiyev “ATV Xəbər”ə bildirib ki, qazıntı işləri görən qurumlar bəzi hallarda proses yekunlaşdıqdan sonra həftələrlə ərazini bərpa etmir. Bu isə sakinlərin narahatlığına səbəb olur. 

Araşdırma zamanı məlum oldu ki, ərazidə qazıntı işlərini İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti həyata keçirir. Qurumdan bildirildi ki, Həzi Aslanov metrostansoyasının çıxışında içməli su xəttinin yenilənməsi istiqamətində tədbirlər görülür. Təmir-tikinti işləri yaxın zamanlarda həll olunacaq və səki yenidən bərpa olunacaq.

Prime Leasing