SÜJET
Abşeron rayonunun Məmmədli qəsəbəsində yol problemi sakinləri narahat edir. Onların sözlərinə görə, Heydər Əliyev prospektində piyada keçidinin, işıqforun və avtobus dayanacağının olmaması hərəkət iştirakçıları, xüsusilə də piyadalar üçün ciddi təhlükə yaradır.
Yurd.Media xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ərazidə piyada keçidi və işıqforların quraşdırılacağını bildirib. Abşeron Rayon İcra Hakimiyyəti dayanacaqların mərhələli şəkildə bərpasını, Bakı Şəhər Dövlət Yol Polisi isə radar sisteminin tətbiq olunacağını açıqlayıb.