SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Masazırda tullantılar vaxtında daşınmır – sakinlər narazıdır

Masazırda tullantılar vaxtında daşınmır – sakinlər narazıdır

Abşeron

İsti yay günlərində yaranan antisanitar vəziyyət sakinlərin narazılığına səbəb olub.

Yurd.Media “ATV Xəbər”ə istinadən xəbər verir ki, Abşeron rayonu Masazır qəsəbəsində tullantılar vaxtında daşınmır. Bir tərəfdə heyvan başı, digər tərəfdə tullantı qutularının ətrafına atılan qum, başqa bir tərəfdə isə zibil tullantıları ətrafda antisanitar vəziyyət yaradıb. Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi 36 ünvanında sakinlər mövcud vəziyyətdən narazıdırlar.

Sakinlərin sözlərinə görə, ətraf ərazilərdə yaşayanlar da tullantılarını bu ünvana atır. Nəticədə ərazidə olan 3 tullantı qutusu hər gün zibillə dolub-daşır. Bələdiyyəyə dəfələrlə məlumat verilsə də, məsələ hələ də həllini tapmayıb.

Masazır bələdiyyəsindən bildirilib ki, məişət tullantıları gün ərzində iki dəfə daşınır. Lakin vətəndaşlar günün müxtəlif vaxtlarında, xüsusilə də gecə saatlarında həm məişət, həm torpaq, həm də bərk tullantıları gətirib məntəqənin ətrafına atırlar. Yəni, problemin əsas səbəbkarı sakinlərin özləridir. Buna baxmayaraq, ərazidəki problemlərin qısa zamanda həll ediləcəyi qeyd olunub.

Prime Leasing