SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Masallıda məktəblilər zərərli vərdişlərdən uzaq olmağa çağırılıb

Masallıda məktəblilər zərərli vərdişlərdən uzaq olmağa çağırılıb

  • 14 aprel 2026, 16:56
Masallı

Masallı rayonunda 14 aprel 2026-ci il tarixində “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Zərərli vərdişlərə yox deyək!” mövzusunda maarifləndirici seminar keçirilib.

Tədbirin əsas məqsədi şagirdlər arasında zərərli vərdişlərin fəsadları barədə məlumatlılığın artırılması, sağlam həyat tərzinin təşviqi və yeniyetmələrin bu kimi mənfi təsirlərdən qorunmasına dəstək olmaq olub.

Seminarda narkotik vasitələr, tütün məhsulları və digər zərərli vərdişlərin insan sağlamlığına, psixoloji vəziyyətinə, təhsilinə və gələcək həyatına mənfi təsirləri barədə geniş məlumat verilib. Məktəblilərə sağlam həyat tərzinin üstünlükləri, idmanla məşğul olmağın və asudə vaxtın düzgün təşkilinin əhəmiyyəti izah olunub.

Çıxışlarda vurğulanıb ki, yeniyetmələrin zərərli vərdişlərdən qorunmasında erkən maarifləndirmə mühüm rol oynayır. Şagirdlərə sağlam seçimlər etmələri, mənfi təsirlərdən uzaq durmaları və həmyaşıdlarını da bu istiqamətdə məlumatlandırmaları tövsiyə olunub.

Seminar interaktiv müzakirələrlə davam edib, məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb və onların fikirləri dinlənilib.

Tədbirin sonunda gənc nəslin sağlam və təhlükəsiz gələcəyinin təmin olunması üçün maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Skat.az - Ev və Avtomobil elanları