SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Korgöz qəsəbəsində yaşanan su problemi nə zaman həllini tapacaq? - Video

Korgöz qəsəbəsində yaşanan su problemi nə zaman həllini tapacaq? - Video

Korgöz qəsəbəsində yaşanan su problemi günlərdir ki, davam edir.


Yurd.Media “ATV Xəbər”ə istinadən xəbər verir ki, Korgöz qəsəbəsinin eyniadlı küçəsində uzun müddətdir evlərə su verilmir. Havanın temperaturunun yüksəldiyi bir vaxtda bu ərazidə yaşayan sakinlər susuzluqdan əziyyət çəkir. Onlar mövcud vəziyyətdən ciddi narazılıq ifadə edirlər. Sakinlərin sözlərinə görə, bəzən 4-5 gün ərzində su təmamilə kəsilir. Su veriləndə isə, adətən, gecə saat 4-də gəlir. Bəzi hallarda isə cəmi 1-2 vedrə su gəlməsi ilə kifayətlənir. Su çəni olan sakinlər müəyyən ehtiyat yarada bilsələr də, çəni olmayanlar üçün vəziyyət daha da çətinləşir.


Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazi relyef baxımından nisbətən hündürdə yerləşir və bu ünvanda mövcud olan su xətləri sakinlər tərəfindən çəkilib. Yay aylarında suya olan tələbatın artması səbəbindən həmin ərazidəki abonentlərin su təchizatı tam olaraq normativ tələblərə uyğun şəkildə həyata keçirilə bilmir. Belə ki, qaydalara əsasən, hər bir abonent üçün nəzərdə tutulan su xətti 32 millimetr diametrində olmalı və yalnız bir abonentin su təchizatını təmin etməlidir. Hazırda isə həmin ölçüdən daha kiçik diametrli borulara bir neçə abonentin qoşulduğu hallara rast gəlinir. Bu da su təminatında ciddi çətinliklərə səbəb olur.


Qurumdan əlavə olaraq bildirilib ki, içməli su şəbəkəsi olmayan ərazilərdə su təchizatının qurulması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə müvafiq layihə sənədləri hazırlanıb. Bu layihələrin icrası mövcud sistemin vəziyyəti, texniki imkanlar və digər amillər nəzərə alınmaqla həyata keçiriləcək.

Prime Leasing