SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Kəngərli məktəblilərinə erkən nikahın fəsadları izah olundu

Kəngərli məktəblilərinə erkən nikahın fəsadları izah olundu

Kəngərli

Kəngərli rayonunun Qabıllı kənd tam orta məktəbində “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Yurd.Media xəbər verir ki, tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşları Səfər Səfərov, Bəxtiyar Əsgərov və məktəbin təşkilatçısı Saməddin Əsgərov mövzu ilə bağlı çıxışlar ediblər.

Çıxışda bildirilib ki, gənclərin əsas məqsədi təhsil almaq, bilik və bacarıqlarını inkişaf etdirmək, peşəkar fərd kimi formalaşmaq və cəmiyyətin tərəqqisinə töhfə vermək olmalıdır.

Erkən nikahlar bu hədəflərə çatmaqda əsas maneələrdən biri kimi çıxış edir və bu səbəbdən onların qarşısının alınması həm dövlət, həm də cəmiyyət üçün prioritet məsələdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları