SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Kanalizasiya xətlərinin bərpası yol probleminə səbəb oldu - VİDEO

Kanalizasiya xətlərinin bərpası yol probleminə səbəb oldu - VİDEO

Bakı

Yeni Suraxanı qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində kanalizasiya xətlərinin bərpası həyata keçirilib və mövcud problemi həll etməyə çalışıblar, amma bunun nəticəsində başqa problemlər yaranıb.

Yurd.Media xəbər verir ki, kanalizasiya xətlərindəki nasazlıq aradan qaldırılmaq üçün aidiyyəti qurumun əməkdaşları əraziyə gələrək boruları təzələyiblər, amma qazılan yol bərpa edilməyib. Hazırda sakinlər bu küçədən keçməkdə çətinlik çəkirlər.

Sakinlərin “ATV Xəbər”ə bildiriblər ki, yol artıq 5 aydan çoxdur ki, keçilməz vəziyyətə salınıb. Son günlər yağan yağışlar vəziyyəti daha da çətinləşdirib. Küçə məktəbə yaxın olduğu üçün hər gün yüzlərlə şagird bu yoldan istifadə etmək məcburiyyətindədir.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Yeni Suraxanı qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində kanalizasiya xəttində təmir işləri aparıldıqdan sonra bəzi ərazilər müvəqqəti olaraq torpaqlanıb. Ərazidə asfalt qatının bərpası yaxın günlərdə həyata keçiriləcək.

Kanalizasiya xətlərinin bərpası yol probleminə səbəb oldu - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları