İş axtaranlar diqqətli olsun: CV-ləri artıq süni intellekt yoxlayır

İş axtaranlar diqqətli olsun: CV-ləri artıq süni intellekt yoxlayır

Müasir dövrdə işə qəbul prosesində CV-ləri ilk olaraq insan yox, süni intellekt (AI) oxuya bilər.

Yurd.Media "Resume Genius"a istinadən xəbər verir ki, işə götürənlərin 48%-i müraciətləri ilkin mərhələdə AI ilə yoxlayır.

Əvvəllər sadəcə açar sözlərə əsaslanan sistemlərdən fərqli olaraq, yeni AI texnologiyaları namizədin bacarıqlarını ümumi şəkildə qiymətləndirə bilir. Mütəxəssislər deyirlər ki, bu texnologiya həm işəgötürənlərə, həm də iş axtaranlara fayda verir.

Bununla belə, CV hazırlayarkən mürəkkəb dizaynlardan, qeyri-adi şriftlərdən və diaqramlardan qaçmaq tövsiyə olunur. Çünki avtomatlaşdırılmış sistemlər sadə və aydın formatlı CV-ləri daha rahat oxuyur.

"LinkedIn" və "Indeed" kimi platformalar da AI əsaslı yeni alətlər təqdim edərək həm namizədlərin axtarışını, həm də işə qəbul prosesini asanlaşdırmağa çalışırlar.

Buna baxmayaraq, ekspertlər bildirirlər ki, son qərarı yenə də insan verməlidir. AI yalnız seçim prosesini sürətləndirmək və sadələşdirmək üçün vasitədir.