SÜJET

Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt
İmişlidə fermerlər ziyana düşüb: Yenidən əkinə getməyə məcburuq

İmişlidə fermerlər ziyana düşüb: "Yenidən əkinə getməyə məcburuq"

İmişli

İmişlidə qeyri-sabit hava şəraiti əkini gecikdirib.

Yurd.Media xəbər verir ki,  fermerlər yenidən əkinə getməyə məcbur olublar. 

"AZTV Xəbər"-ə danışan fermerlər  havaların soyuq olmasının işlərinə maneə törətdiyini bildiriblər.

"Aprel ayının  sonu səpini yekunlaşdırmalı idik,  amma mayın sonudur hələ də davam edirik. Havaların soyuq keçməsi bizə həddindən artıq ziyan vurub".

Təkrar əkin aparan  fermerlərin xərci daha çox artıb. Yağış pambıq sahələrində alaq otlarını da çoxaldıb və bununla mübarizə aparmaq çətinləşib.

Mütəxəssilər bildiriblər ki,  bəzi ərazilərdə təkrar əkin aparılması pambıq yığımının gecikəcəyini göstərir. Prosesin payızın sonuna kimi davam edə biləcəyini və fermerlərin yeni çətinliklərlə  üzləşmə ehtimalının yüksək olduğunu vurğulayıblar.